Tural Abbaslı: “Fuad Qəhrəmanlı bəzi siyasi məsələləri yaxşı bilməli idi”

Tural Abbaslı: “Fuad Qəhrəmanlı bəzi siyasi məsələləri yaxşı bilməli idi”

"Mən Fuad Qəhrəmanlını yaxşı siyasətçi kimi tanıyırdım. O, bilməli idi ki, hansısa partiya müxtəlif zamanlarda hansısa qurumun tərkibində təmsil oluna və ya hansısa blok yaradılmasını təklif edə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının divan üzvü Tural Abbaslı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Müsavatın Milli Şuradan kənarda partiyalara müttəfiqlik təklifinin doğru fikir olmadığını bildirməsinə münasibətində söyləyib.

O, həmçinin qeyd edib ki, Müsavat partiyası hansısa addımı atdığı zaman nə Fuad Qəhrəmanlının, nə də digərlərinin gülünc fikirlərini nəzərə almır.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə