Müsavatdan Cəmil Həsənliyə xatırlatma olub

Müsavatdan Cəmil Həsənliyə xatırlatma olub

Müsavat Partiyası Milli Şura sədri Cəmil Həsənliyə xitabən ona ehtiyatlı olmağı məsləhət görüb. SİA-nın məlumatına görə, partiyanın Divan üzvü, Cəmil Həsənli ilə eyni dönəmdə millət vəkilliyi etmiş İkram İsrafil facebook soaial şəbəkəsindəki statusunda ondan istifadə edildiyini bildirib: "Cəmil müəllimə kiçik qardaş kimi bir məsləhətim var…Məsləhətim odur ki, bundan sonra da sizdən istifadə etməklə bitməmiş arzularını bitirmək istəyənlərdən uzaq olasınız".

Cəmil Həsənlinin siyasi fəaliyyətini əvvəllər də yaxından izlədiyini, onunla 5 il həmkar olduğunu yazan Müsavat təmsilçisi zamanında ona səs verdiyini də xatırladaraq bildirib ki, onu bundan sonra inandığı tərəflərdən təhlükə gözləyir:"Ancaq hörmətli Cəmil muəllimi bundan sonra acımasız, şəxsi maraqlarından və çıxarlarından başqa heç nə düşünməyən insanların istismar etməsini istəmədim. Cəmil müəllimi partiyadan uzaqlaşdıranların bu gün ona göstərdikləri sevginin nə qədər müddət çəkəcəyini hər halda professor özü hamıdan yaxşı bilir".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə