NİDA-dan Müsavata “eşq olsun!” iztehzası

NİDA-dan Müsavata “eşq olsun!” iztehzası
Müsavatın Milli Şuradan istefası və həmin istefanın ardınca partiyaya qarşı ittihamların artması davam edir. SİA-nın məlumatına görə, Milli Şuranın sədr aparatında təmsil olunan hərəkatın funksioneri Ülvi Həsənli Müsavat Partiyası başqanı İsa Qəmbərə eyham vuraraq sosial şəbəkədə partiyanın bu addımını pisləyib: "Nə qədər fikirləşirəmsə, Müsavat Partiyasının Milli Şuradan çıxmaqla bağlı qərarına ciddi əsas tapa bilmirəm. Eşq olsun! Bu hərəkət də tarixə yazılır".

Onu da xatırladaq ki, İsa Qəmbərin oğlunun da təmsil olunduğu NİDA hərəkatı bir neçə gün öncə Müsavat Partiyasının əməkdaşlıq təklifinə rədd cavabı vermişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня