"Bişkek protokulu Azərbaycanın maraqlarına xidmət etmir" Münasibət

"Bişkek protokulu Azərbaycanın maraqlarına xidmət etmir" Münasibət

"Uzun müddətdir ki, görüşlərin təxirə salınması o deməkdir ki, danışıqlar dalana dirənib. Ölkə prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, danışıqlar naminə danışıqlar aparılmır. Niyətimiz danışıqlar prosesində işğal edilən torpaqları müəyyən uğurlara imza atdırmağa nail olmaqdır. Danışıqlar prosesində ikinci görüşün keçirilməsi yanvar ayı üçün nəzərdə tutulubsa, o zaman ümid verici məqamlar ola bilər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı cari ilin yanvar ayında keçirilməsi planlaşdırılan Ermənistan Azərbaycan prezidentlərinin görüşlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan dəfələrlə danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirib: "Ümid edirəm ki, bu il danışıqlar prosesinin müsbət nəticə verməsi üçün uğurlu olacaq".

"Bişkek protokolu"nun may ayında imzalanma müddətinin bitməsinə münasibət bildirən millət vəkilinin fikrincə, müddətin yenidən uzadılması gözləniləndir: "Bu gün münaqişə tərəflərinin hər ikisi- istər Ermənistan, istərsə də Azərbaycan, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı şəkildə münaqişənin dondurulmasının lehinədir. Hesab edirəm ki, protokulun müddətinin uzadılması Azərbaycanın maraqlarına xidmət etmir. Azərbaycan uzun müddət atəşkəs rejimini pozmamaq adı altında özünün işğal olunmuş torpaqlarını hərbi yolla azad edilməsi üçün bir baryerə malik olur. Bir sözlə, belə müqavilələrlə bizim əlimiz-qolumuz bağlanır. Ona görə də bu kimi müqavilələrin tərəfdarı deyiləm. İstərdim ki, bu protokolun vaxtı dayandırılsın və Ermənistana konkret zaman qoyulsun ki, bu qədər müddət ərzində torpaqlar geri qaytarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə