Mübariz Qurbanlı: “Yeni Azərbaycan Partiyasına verilən yüksək qiymətdir” AÇIQLAMA

Mübariz Qurbanlı: “Yeni Azərbaycan Partiyasına verilən yüksək qiymətdir” AÇIQLAMA

"Ölkə başçısının məni "Şöhrət" ordeni ilə təltif etməsi Yeni Azərbaycan Partiyasına verilən qiymətdir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının icra katibin müavini, millət vəkili Mübariz Qurbanlı doğum günündə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif olunması ilə bağlı fikirlərini bölüşərkən deyib.

Mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən YAP icra katibinin müavini söyləyib ki, hər bir insan onun fəaliyyətinə verilən qiymətdən ruhlanır: "Bu gün mənim üçün çox xoş gündür. Ona görə ki, doğum günümdə Azərbaycanın ali mükafatlarından biri olan "Şöhrət" ordeninə layiq görülmüşəm. Buna görə ilk növbədə ölkə başçısına, Yeni Azərbaycan Partiyasının sədrinə təşəkkürümü bildirirəm. Hər bir insan ona verilən qiymətdən ruhlanır, öz işini, fəaliyyətini ona verilən qiymətə görə daha da yüksək səviyyədə qurmağa çalışır. 7 yanvar 2014-cü ilin ilk iş günü ölkə başçısı tərəfindən belə bir mükafata layiq görülmək iki qat sevinc gətirir. Biz ili təltiflə başladıq. Çünki, bu təkcə mənim deyil, partiyamızın təltifidir. Ölkə başçısının qarşımıza qoyduğu hədəflərin fəth olunmasında əlimizdən gələni əsirgəməyəcəyik. Yeni Azərbaycan Partiyası ictimai- siyasi həyatda avanqard rol oynayır. Ötən il keçirilən Prezident seçkiləri bunu bir daha göstərdi".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ctimai-siyasi həyatında fəal iştirakına görə Yeni Azərbaycan Partiyasnın icra katibinin müavini Mübariz Qurbanlını "Şöhrət" ordeni ilə təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə