Musa Qasımlı: “Bu, gələcəyin işidir” AÇIQLAMA

“20 Yanvar hadisəsinin tamamilə araşdırılıb başa çatdırıldığını söyləmək doğru olmazdı”

"Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevin "20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamı ciddi və əhəmiyyətli hal hesab edirəm". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı "20 Yanvar faciəsinin 24-cü ildönümü" ilə bağlı hələ də gizli qalan məqamlara aydınlıq gətirərkən deyib.

"Sərəncamda 20 Yanvar faciəsi ilə bağlı tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Həmin tədbirin keçirilməsi milli ruhun yüksəlişinə, vətənpərvərlik hisslərinin artmasına kömək edəcək, eləcə də 20 Yanvar şəhidlərinin ruhunun bizim üçün əziz olduğunu bir daha göstərəcək və xalq ilə dövlət, hakimiyyət arasındakı bağlılığı daha da artıracaq. Bu baxımdan hesab edirəm ki, sərəncamda nəzərdə tutulanlar gerçəkləşdirilməlidir. Fikrimcə, 20 Yanvar hadisəsinin tamamilə araşdırılıb başa çatdırıldığını söyləmək doğru olmazdı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun (SİKPMKSB) ən məxvi sənədləri və s. açılmayınca faciənin tam araşdırıldığı qənaətinə gəlinməməlidir. Bu, gələcəyin işidir".

Bütün xəbərlər Facebook səhifəmizdə