Azərbaycanın Pakistandakı səfiri: “İlham Əliyev 2013-cü ilin adamı elan olundu” EKSKLÜZİV
"Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan "Pakistan Observer" qəzeti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 2013-cü ilin adamı elan edib". Bu haqda Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli səfiri Daşqın Şikarov SİA-ya eksklüziv açıqlamasında bildirib.
Onun sözlərinə görə, qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malik böyük rezonansa səbəb olacaq məqalə dərc edib: "Z.Malik qəzetin ön səhifəsində nəşr etdiyi "İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" xüsusi reportajında Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi, 09.10.2013–cü il tarixli seçkilərdə xalqın etimadını qazanaraq yenidən Azərbaycanın Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevi xidmətlərinə görə "2013-cü ilin adamı" adına layiq görüldüyünü bildirib".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB