2014-cü ildə Ermənistanı nə gözləyir?

2014-cü ildə Ermənistanı nə gözləyir?

Ermənistan artıq tamamilə satılıb. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir. Nəşrin verdiyi məlumata görə Ermənistanın tamamilə satılması hamıya məlum olduğundan, dünyanın "bulvar nəşrləri" belə, bunu şərh etməyə maraqlı deyil: "Ermənistanın gələcəyi ilə bağlı proqnozlar da artıq öz mahiyyətini itirib. Çünki rəsmi İrəvan 2013-cü il 3 sentyrabr tarixindəki uğursuz addımı ilə Ermənistanın gələcəyi ilə bağlı bütün proqnozları açıq şəkildə nümayiş etdirmiş oldu".

Erməni nəşri qeyd edir ki, Ermənistanın baş nazirinin başı öz təbliğatına qarışdığından, rəsmi İrəvanın nə iqtisadi, nə də siyasi fəaliyyətində nə isə proqnozlaşdırmaq sadəcə axmaqlıqdır: "Ermənistanı proqnozlarsızda nə gözlədiyini demək çox asandır. Ümumiyyətlə erməni siyasətçiləri sağlam düşüncə ilə nə isə proqnozlaşdırmağa malik deyillər. Onlar sadəcə yalançı ideoloji fərziyyələr irəli sürə bilirlər.

Hər halda 2014-cü ildə Ermənistanda qızılın və qeyri-qiymətli metalın qiyməti gözlənilmədən aşağı düşəcək. Yeganə gəlir yeri hesab edilən içki alveridə uğursuz olacaq. Nəzərə alsaq ki, Ermənistanda bu mənzərə 2013-cü ildə də mövcud idi, onda bu vəziyyətin 2014-cü ildə daha kəskin vüsət almayacağını heç bir erməni siyasətçisi və ya iqtisadçısı inkar edə bilməz.

2014-cü ildə Ermənistana ən böyük zərbə Avropa İttifaqı tərəfindən güvənin sarsılması və izolyasiya olunması olacaq".

Ümumiyyətlə erməni nəşri 2014-cü ilin Ermənistanın siyasi həyatına fəlakət gətirəcəyini bildirir: "O fəlakətlə isə Ermənistan böhran və şok vəziyyətilə üzləşməli olacaq".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə