NİDA Müsavatı -VACİB SAYMIR

Ötən ilin sonlarında müxalifətdə olan partiya və təşkilatlarla əməkdaşlıq müqaviləsi imzalamaq təklifi ilə çıxış edən Müsavat Partiyasına cavablar gəlməkdədir. SİA xəbər verir ki, NİDA Hərəkatı qarşı tərəfin təklifinə rədd cavabı verib. Belə ki, adıçəkilən Hərəkatın mətbuat xidmətindən bildirilir ki, Hərəkat Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq müqaviləsinin bağlanmasına ehtiyac görmür: "Partiyalarla əməkdaşlığın rəsmiləşdirilməsinə ehtiyac duymuruq".

Xatırladaq ki, digər siyasi təşkilatlar da cavablarını gecikdirməklə dolayısı ilə Müsavat Partiyasının təklifini rədd ediblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə