AXCP yetkililəri Müsavat Partiyasının Milli Şuranın əsas nüvəsi olduqları iddialarına sərt cavab bildirməkdədirlər. AXCP sədrinin müavini Gözəl Bayramlı məsələ ilə bağlı SİA-ya münasibət bildirərkən, bunun heç də belə olmadığını deyib: "Müsavat Milli Şuradan çıxsa belə, biz öz fəaliyyətimizi Milli Şurada davam etdirmək qərarımızı qüvvədə saxlayacağıq. Müsavatın çıxması ilə Milli Şura dağılmayacaq ki... Kimsə Milli Şuranı tərk edəcəksə, Milli Şuranın dağılmasından söhbət gedə biməz. Milli Şura öz fəaliyyətini davam etdirəcək və Müsavat çıxsa belə, AXCP olaraq, orada fəaliyyətimizi davam etdirəcəyik".
Xatırladaq ki, Müsavat rəsmiləri Milli Şuranın fəaliyyətinin başa çatdığını bildirərək partiya rəhbərliyindən bu qurumdan çıxacağını iddia və tələb edirlər. Partiya təmsilçiləri Milli Şuranın Müsavatsız fəaliyyət göstərə bilməyəcəyi qənaətindədirlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB