“Azərbaycan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir”
Dubayın rəsmi "Al-Bayan" qəzetinin 29 dekabr tarixli nömrəsində "Azərbaycan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir" sərlövhəli məqalə dərc olunub.
Məqalədə deyilir: "Azərbaycan və dünya azərbaycanlıları dekabrın 31-də əlamətdar bayramı - Həmrəylik Gününü qeyd edəcək. Bu bayram Sovet İttifaqının süqutundan sonra yaranmışdı. O vaxtadək dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələri çox zəif idi".
Yazıda bildirilir ki, hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti İlham Əliyev Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib, müstəqillik illərində dünya azərbaycanlılarının birliyinin gücləndiyini və Vətənlə əlaqələrinin möhkəmləndiyini bildirib. Azərbaycanın mühüm bayramlarından biri olan Həmrəylik Gününü BƏƏ-dəki Azərbaycan diasporu da qeyd edib.
Qəzet yazır ki, tədbir BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov tərəfindən təşkil edilib. S.İmanov deyib: "Bu bayram dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlılar arasında münasibətlərin qurulması prosesində, onların birlik ruhunun və həmrəyliyinin güclənməsində mühüm rol oynamışdır. Bu bayramın qeyd edilməsi dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir".
Məqalədə yazılır: "Samir İmanov demişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycanın Naxçıvan şəhərində, 1989-cu ilin sonlarında Sovet İttifaqı ilə İran arasında sərhədin sökülməsi ilə əlaqədar müasir müstəqil Azərbaycanın qurucusu və xalqın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis edilmişdir. İki ildən sonra – 1991-ci ildə Heydər Əliyev öz fərmanı ilə 31 dekabrı rəsmən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB