VİP: “AXCP və Müsavat digərlərini Milli Şuradan çıxarmağa çalışır”

VİP: “AXCP və Müsavat digərlərini Milli Şuradan çıxarmağa çalışır”

Rüstəm İbrahimbəyovun Milli Şuradakı postundan səsli-küylü istefası orada təmsil olunmayan siyasi təşkilatlar tərəfindən də müxtəlif səbəblərlə qiymətləndirilməkdədir. SİA-nın verdiyi xəbərə görə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin fikrincə, Milli Şuradan istefalar gözlənilən idi, çünki fəaliyyətin nəticəsi yoxdur: "Bir qədər fəxri sədrliyə razılıq vermiş Rüstəm İbrahimbəyov indi tamamilə prosesdən kənarlaşmaq istəyir. O, Azərbaycan siyasətində Moskvanın ötürücüsü kimi lazım idi. Görünür, orada Rüstəm İbrahimbəyovun lazımlılıq dərəcəsi enib və bu baxımdan siyasətdə qalması məqsədəuyğun hesab edilməyib".

Əli Əliyev onu da bildirib ki, hazırda iki partiya – AXCP və Müsavat ayrı-ayrılıqda çalışırlar digərlərini də Milli Şuradan çıxarsınlar: "Əslində digərlərinin orada olması görüntü xarakteri daşıyır, yaxud da ki, diqqəti özlərindən kənarlaşdırmaqdır".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə