Asəf Quliyev: “Bir-birimizi satqınçılıqda ittiham etməkdənsə…”

"Bir-birimizi aldadıb, mətbuatda, sosial şəbəkələrdə satqınlıqda ittiham edəcəyiksə, ayrıca fəaliyyət göstərmək effektli olar". SİA-nın məlumatına görə, bu fikirləri Milli Şurada yaranmış böhranlı vəziyyətə və partiyalar arasında aparılan müzakirələrə münasibət bildirən yeni yaradılmış "Xalq Arzusu" Hərəkatının sədri Asəf Quliyev bildirib.

Asəf Quliyev Rüstəm İbrahimbəyovun məlum istefasına və onun istefası çərçivəsində AXCP-Müsavat partiyaları arasındakı ziddiyyətlərə də münasibətini açıqlayaraq qeyd edib ki, belə bir şəraitdə partiyalar arasında istənilən danışığın aparılması anormallıqdır: "Onu rus adamı elan etmək məyusedicidir. Milli Şuraya daxil olan partiyalar arasında danışıqlar gedir. Bu, anormallıqdır. Əgər bu təşkilatlar birlikdə fəaliyyət göstərirsə, ayrı-ayrılıqda danışıqlara nə ehtiyac var? Bu cür format xalqa pis təsir edir. Belə çıxır ki, Milli Şura ömrünü başa vurub. Ancaq bir-birimizi aldadıb mətbuatda, sosial şəbəkələrdə satqınlıqda ittiham edəcəyiksə, ayrıca fəaliyyət göstərmək effektli olar".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə