Əflan İbrahimov: “İsa Qəmbər, Əli Kərimli müxalifətçiləri o vəziyyətə salıblar ki...”
"Milli Şurada bundan sonra da rüsvayçı hadisələr baş verəcək. İsa Qəmbərlə Əli Kərimli müxalifətçiləri o vəziyyətə salıb ki, oradakı insanlar çaşqın haldadırlar, nə edəcəklərini bilmirlər. Nəinki siyasi uğura, hətta həyata olan ümidlərini belə itiriblər". Bu fikirləri SİA-ya açıqlamasında "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bildirib.
O qeyd edib ki, Milli Şuranın üzvlərinin əksəriyyətinin keçmişi ləkəlidir: "Milli Şuradakı insanalr vaxtilə öz rəhbərlərini pula, vəzifəyə satan, hər gün bir əqidəyə sahib olan insanlardır. Elə onların başında duran İ.Qəmbər,Ə.Kərimli vaxtilə Elçibəyə xəyanət edən, onun çörəyini yeyib ona təpik atan adamlardır. İndi bu adamların ətrafında olanlar yavaş-yavaş başa düşürlər ki, oradan getmək laızmdır. Ona görə də, bir-bir çıxıb gedirlər. Müxalifətçiləri müxtəlif vədlərlə aldadıb özlərinə cəlb edən bu cür "liderlər" hələ də başa düşmürlər ki, xalq heç vaxt onlara etimad göstərməyib və bundan sonra da göstərməyəcək. O ki qaldı İctimai Palataya, bu qurum Milli Şuradan əvvəl hələ iflasa uğramış bir şeydir. Hər iki qurum kağız üzərində yaranan, heç bir sosial sifarişə malik olmayan qurumdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB