Yeni Azərbaycan Partiyasının nümayəndələri Qarabağ əlili Zaur Həsənova baş çəkiblər
Bu gün Yeni Azərbaycan Partiyasının nümayəndələri özünü yandıran və hazırda 5 saylı xəstəxanada müalicə olunan 2-ci qrup Qarabağ əlili Zaur Həsənovu ziyarət ediblər.
SİA-nın məlumatına görə, YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva xəstənin vəziyyəti ilə maraqlanıb, onun həkimlərilə söhbət ediblər. "Biz onun sağalması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Z.Həsənovun məsələsinin də ədalətli həllinə çalışacağıq. Bu məsələ, hökümətin, parlamentin, ümumilikdə hakimiyyətin diqqət mərkəzindədir. Amma məsələ siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Bəziləri bu hadisədən siyasi divident qazanmağa çalışırlar. Bu qəbuledilməzdir" - deyə, M.Qurbanlı bildirib.
S.Novruzov isə qeyd edib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: "Z.Həsənovun sağalması üçün nə lazımdırsa, tədbirlər görülür. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB