AXCP-Müsavat Partiyaları arasında davam edən ziddiyyət sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrilib. SİA-nın məlumatına görə, bu dəfə Əli Kərimlinin yeni seçilmiş müavini Əbülfəz Qurbanlı Mustafa Hacıbəylinin pylaşdığı fikirlərə sərt şəkildə münasibət bildirib: "Mustafa Hacıbəyli yazır ki, Əli Kərimlinin fəxri sədri getdi. Vaxtilə Şahvələd Çobanoğlunu da İctimai Palatadan "qəzeti olmayan redaktor" deyib uzaqlaşdırıblar. İndi fəxri sədr Rüstəm İbrahimbəyov istefa verdi ki, Müsavat Demokratik Qüvvələrin Milli Şurasından getməsin. Hamı – Elçibəydən Əli Kərimliyə, Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə qədər hər kəs birliyi qorumaq üçün güzəştə gedir. Ümid edirəm ki, İsa Qəmbər və müsavatçılar birlik məsələsində hamı ilə bir olacaq".
Xatırladaq ki, ötən gün bəyanat verən Rüstəm İbrahimbəyov istefasının səbəbini Müsavat Partiyası ilə bağlayıb: "Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB