Əli Həsənov: “Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və tədqiqat gedir” AÇIQLAMA

Əli Həsənov: “Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və tədqiqat gedir” AÇIQLAMA

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi və sədri Anar Məmmədli ilə bağlı müxtəlif beynəlxalq təşkilatların dəyərləndirmələri, o cümlədən bəyanatları, açıqlamaları cəmiyyət üçün əhəmiyyətsiz deyil, biz onları dəyərləndiririk, öyrənirik". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, bəyanatlarda səsləndirilən fikirlər təhlil edilir, lakin Azərbaycan cəmiyyətinin özünün idarəetmə metodları, prinsipləri və qanunları var: "Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmamışdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alıb, o addımları atırlar. Əlbəttə, bu məsələni də biz araşdırırıq. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və tədqiqat gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə