Vəfa Quluzadə: “Rusiya hakimiyyəti dəyişilməlidir və yaxud da dağılmalıdır” AÇIQLAMA

"Böyük dövlətlərin (Avropanın, ABŞ-ın, Rusiyanın) mövqeyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir yenilik yoxdur". Bunu SİA-ya politoloq Vəfa Quluzadə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinə və münaqişənin həlli istiqamətində irəliyə sürüləcək addımlara münasibət bildirərkən deyib.

"Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 2014-cü ildə regiona növbəti səfəri digərləri kimi turistik xarakter daşıyacaq. Dağlıq Qarabağ münaqişəsinin həllinin hələ də çözülə bilməməsi dünya tarixinin ədalətsizliklərdən ibarət olmasının göstəricisidir. Təəssüf ki, ölkəmiz də bu ədalətsizliyə məruz qalıb. Ermənistan dövləti birmənalı olaraq Rusiya imperiyası tərəfindən işğal olunub. Beləcə, rəsmi Moskva işğalçı ölkədən bir alət kimi istifadə edir. Hətta bu Azərbaycanın, eləcə də tarixdə Türkiyənin əleyhinə istifadə olunub. Bu mənada hesab edirəm ki, məsələ daha qəliz xarakter almağa başlayıb. Bu məsələnin birmənalı olaraq həlli üçün, ilk növbədə Rusiyada hakimiyyət dəyişikliyi olmalı, ya da hakimiyyət dağılmalıdır" – deyə, V. Quluzadə sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...