Müdafiə naziri Türkiyə prezidenti ilə görüşüb

Müdafiə naziri Türkiyə prezidenti ilə görüşüb

Bu gün Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz ilə görüşündə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Z.Həsənov həmçinin Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul edilib. Görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə