Gürcüstan Parlamentinin deputatı: “Erməni deputatlarla yola getmək olduqca qəliz məsələdir” EKSKLÜZİV
"Gürcüstan Parlamentində iki Azərbaycanlı deputat təmsil olunur". Bu haqda SİA-ya Gürcüstan Parlamentinin deputatı Tamaz Mechiauri eksklüziv açıqlamasında bildirib.
Onun sözlərinə görə, Əli Məmmədov və Mahir Dərziyev adlı iki azərbaycanlı Gürcüstan parlamentinin deputatıdır və hazırda çoxluq fraksiyasını təmsil edirlər: "Azərbaycanlı deputlarla yola getmək çox asandır. Çünki onlarla münasibətdə ciddi problemlər yaşanmır".
Deputat eyni zamanda qeyd edib ki, Gürcüstan Parlamentində iki erməni deputatı da təmsil olunur: "Erməni deputatlarının biri çoxluq fraksiyasını, digəri isə azlıq fraksiyasında təmsil olunurlar. Onlarla yola getmək isə olduqca qəliz məsələdir".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB