Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyevin ünvanına doğum günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm. Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm. Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm".
Türkiyə Prezidenti Abdullah Gül də dövlət başçısını təbrik edib: "Cənab Prezident, əziz qardaşım, Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Dost və qardaş Azərbaycan son 10 ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə etmiş və beynəlxalq arenadakı statusunu gücləndirmişdir. Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz üçün bənzərsiz sabitlik amilinə çevrilmişdir. Zati-aliləri, prezident seçkilərindən sonra 2013-cü il noyabrın 12-13-də ölkəmizə səfəriniz strateji əhəmiyyətə malik əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermişdir.
Zati-aliləri, əziz qardaşım, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm".
Moldova Respublikasının Prezidenti Nikolaye Timofti də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Zati-aliləri, Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Bu gözəl fürsətdən istifadə edərək qəti əminliyimi bildirmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında yaranmış ənənəvi mehribanlıq və dostluq münasibətləri birgə səylərimiz sayəsində ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək, qarşılıqlı faydalı əməkdaşlıq ruhunda dərinləşəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq diləyirəm. Sizə dərin hörmət bəslədiyimə əmin olmağınızı xahiş edirəm".
Dövlət başçısını təbrik edənlər arasında ABŞ senatoru Mayk Krapo da var. Onun təbrik məktubunda bildirilir: "Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Sizin böyük xidmətləriniz vardır. Biz bunu yüksək qiymətləndiririk. Xalqlarımızın və ölkələrimizin dostluq münasibətləri Sizin prezidentliyiniz dövründə daha da güclənmişdir.
Əminik ki, qarşıdakı illərdə də ABŞ ilə Azərbaycan arasında əlaqələri dərinləşdirmək üçün Sizinlə birgə işləyəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar diləyirəm".
ABŞ-ın Arkanzas Ştatının Dövlət katibi Mark Martinin təbrikində qeyd olunur: "Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin Birləşmiş Ştatlar ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa sədaqətiniz və verdiyiniz şəxsi töhfə yüksək təqdirə layiqdir. Xalqlarımız sınaqdan çıxmış müttəfiqlərdir və Sizin rəhbərliyiniz altında dostluğumuz daha da möhkəmlənmişdir.
Prezidentliyinizin yeni dövründə ABŞ-Azərbaycan əlaqələrinin daha da gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm".
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təbrik məktubunda deyilir: "Zati-aliləri, Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dinamik və sürətlə inkişaf edən ölkədir. Azərbaycan ilə Gürcüstanı qardaşlıq və mehriban qonşuluq telləri bağlayır. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın inkişafına Sizin çox böyük töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Əminəm ki, çoxəsrlik dostluq və qarşılıqlı dəstək münasibətləri bundan sonra da Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm təməl olacaqdır. Bu əlamətdar gündə Sizə xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
Ukraynanın Prezidenti Viktor Yanukoviç də Prezident İlham Əliyevi təbrik edərək xoş arzularını bildirib: "Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan dövlətinin inkişafı naminə yeni uğurlar arzulayıram.
Sizin zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız, dərin bilikləriniz və yeni nailiyyətlərə can atmaq səyləriniz Azərbaycan Respublikasının uğurlu inkişafının etibarlı rəhnidir. Bu yaxınlarda Sizin Kiyevə səfəriniz çərçivəsində görüşümüzün nəticələri Ukraynanın və Azərbaycanın qarşılıqlı maraqlarına aid bütün sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək əzmində olduğunu növbəti dəfə təsdiq etdi.
Əminəm ki, əldə etdiyimiz razılaşmaların həyata keçirilməsi strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Ukrayna-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə kömək edəcəkdir".
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təbrik məktubunda bildirilir: "Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Dost Azərbaycan son illərdə Sizin rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və firavanlıq yolunda sanballı uğurlar qazanmış, bununla da beynəlxalq aləmdə öz nüfuzunu möhkəmlətmişdir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında hüquq bərabərliyi, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq və faydalı əməkdaşlıq münasibətləri durmadan inkişaf edir.
Qəti əmin olduğumu bildirirəm ki, Tacikistan ilə Azərbaycan arasında dövlətlərimizin əsas mənafelərinə uyğun olan qarşılıqlı əlaqələr bundan sonra da durmadan genişlənəcək, yeni-yeni sahələri və istiqamətləri əhatə edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, biz bundan sonra da həmin məqsədlərə nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, ölkənizin çiçəklənməsinə yönəlmiş planlarınızın həyata keçməsində böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
ABŞ konqresmeni Stevan Pirsin təbrikində qeyd edilir: "Zati-aliləri, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə xoşbəxtlik, möhkəm cansağlığı, qarşıdan gələn yeni ildə uğurlar diləyirəm. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında mühüm tərəfdaşlıq əlaqələri daha da inkişaf edəcəkdir. Azərbaycanı daha irəli aparmaq üçün Sizə güc və ruh yüksəkliyi diləyirəm".
ABŞ konqresmeni Stiv Stokmanın təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Azərbaycan Sizin rəhbərliyinizlə çox böyük uğurlara nail olmuşdur.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də Sizi təbrik edirəm. Siz xalqınızın böyük etimadını qazanmısınız. Əminəm ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasında əlaqələri daha da dərinləşdirmək istiqamətində birgə səylərimizi gələcəkdə də davam etdirəcəyik.
ABŞ Konqresinin Texas ştatının Hyuston şəhərindən olan üzvü kimi qardaş şəhərimiz Bakı ilə də əlaqələrimizə xüsusi önəm verirəm. Sizin dəstəyinizlə biz regional təhlükəsizlik, o cümlədən iqtisadiyyatın, enerjinin inkişafı və şaxələndirilməsi sahələrində yeni uğurlar əldə edə bilərik. Azərbaycana səfərim zamanı Sizinlə görüşməkdən və ölkənizin mədəniyyəti ilə tanış olmaqdan çox məmnunam. Tezliklə yenidən Azərbaycana səfər etmək arzusundayam".
İordaniya Haşimilər Krallığının Kralı Kral II Abdullah İbn Əl-Hüseyndən:
"Doğum gününüz münasibətilə səmimi təbriklərimi, xoşbəxtliyiniz və rifahınız naminə ən xoş arzularımı Sizə çatdırmaqdan məmnunam. Daha böyük uğurlar arzusu ilə".
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkindən: "Doğum gününüz və qarşıdan gələn yeni - 2014-cü il münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, nikbin həyat, dost Azərbaycan Respublikasının inkişafı, əmin-amanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirəm".
Rusiya Federasiyasının Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan: "Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ali dövləti vəzifədə çalışdığınız illər ərzində sosial-iqtisadi inkişaf sahəsində qazanılmış mühüm uğurları və nailiyyətləri Sizin adınızla bağlayan Azərbaycan xalqının dərin hörmətini və etimadını qazanmısınız.
Əminəm ki, Rusiya və Azərbaycan xalqları arasında yaranmış dostluq ənənələri bundan sonra da mehriban qonşuluğun və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm təməl olacaq, xalqlarımızın bir-birinə yaxınlaşmasına və qarşılıqlı mənəvi zənginləşməsinə kömək edəcəkdir.
Sizə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram".
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycan Respublikası Sizin lider istedadınız, məqsədyönlü və yorulmaz fəaliyyətiniz sayəsində dövlət quruculuğunda, siyasi və iqtisadi inkişafda, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsində və xalqın maddi rifahının yüksəlməsində sanballı uğurlar qazanmışdır.
Siz öz ölkənizə sadiq, ona ürəkdən xidmət edən, onun çiçəklənməsinə nail olan bir lider kimi həm çoxmillətli Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq nüfuz qazanmısınız.
Xalqlarımız arasında ənənəvi mehriban qonşuluq münasibətlərinə Sizin diqqət və qayğınızı biz xüsusilə yüksək qiymətləndiririk. Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bundan sonra da həmin münasibətlərin möhkəmlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm".
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevdən: "Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz Azərbaycan xalqının hamılıqla qəbul edilmiş lideri kimi haqlı olaraq beynəlxalq aləmdə dərin hörmət qazanmısınız. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə fəal xarici siyasət xətti həyata keçirir, mühüm qlobal və regional problemlərin həllində etibarlı tərəfdaş kimi çıxış edir.
Müstəqil Dövlətlər Birliyi ölkələrində Sizi sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabər hüquqlu beynəlxalq əməkdaşlığın ardıcıl tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.
Əminəm ki, dövləti və siyasi fəaliyyət sahəsində qazandığınız zəngin təcrübə bundan sonra da Azərbaycan Respublikasının dinamik inkişafına və Birlik məkanında inteqrasiya xarakterli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən: "Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında yaranmış dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə minnətdarlığını bildirib.
Söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB