Qənirə Paşayeva: “Dünyanın enerji siyasətində Azərbaycanın ciddi mərkəz kimi tanınmasında Ölkə başçısının yeri və rolu əvəzsizdir”
"Prezident İlham Əliyevin hakimiyyətinin ilk 10 illik fəaliyyəti dövrü hər kəs tərəfindən yüksək qiymətləndirilir. Bu dövr ərzində ölkəmizin bütün sahələrində gedən inkişaf danılmazdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi xarici siyasətdə də bir çox uğurlara imza atıb: "Dövlətimizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bu təşkilata rəhbərlik etməsi aparılan düzgün xarici siyasətin nəticəsi idi. Son 10 il ərzində bir sıra ölkələrdə səfirliklərin, diplomatik korpusların yaradılması, ikitərəfli münasibətlərin geniş müstəvidə inkişaf etdirilməsi, Avropa Şurası Parlament Asambleyası, Avropa Birliyi, İslam Konfransı çərçivəsində beynəlxalq fəaliyyətinin, mövqeyinin, rolunun daha da güclənməsi atılan düzgün addımların göstəricisidir. Eyni zamanda, Azərbaycanın Qarabağ həqiqətlərini, Xocalı soyqırımını dünyaya daha geniş şəkildə çatdırılması istiqamətində də görülən işlər kifayət qədərdir. Bir çox ölkələrin Xocalı soyqırımını rəsmən tanıması dövlətimiz üçün önəm kəsb edən faktorlardandır. Hər keçən il bu və ya digər sahədə görülən işlər və nəticələr artmaqdadır".
Qənirə Paşayeva onu da vurğulayıb ki, enerji siyasətində Azərbaycanın ciddi mərkəz kimi tanınmasında Ölkə başçısının yeri və rolu əvəzsizdir: "İmzalanan enerji layihələri ölkəmizin, xalqımızın bu gününə və gələcəyinə hesablanan addım kimi dəyərləndirilir".
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB