“Lragir” nəşri: “Ermənistan siyasi böhranla üz-üzədir”

“Lragir” nəşri: “Ermənistan siyasi böhranla üz-üzədir”

Ermənistan siyasi böhranla üz-üzədir. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, ötən gün Ermənistan parlamentində Rusiya ilə son zamanlar imzalanan müqavilələr müzakirə obyekti olub. Məlum olub ki, Ermənistan sentyabrın 3- də rəsmən Rusiyanın müstəmləkəsi olmağı qəbul etdi. Parlament heyəti nəzərə çatdırıb ki, Rusiya ilə bağlanan hər bir saziş əsasən Rusiyanın, daha sonra Qazpromun maraqlarına xidmət edir.

Qeyd edək ki, bu məsələ erməni deputatları arasında səs-küyə səbəb olub.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə