Məşhur bayraqdar Elman Türkoğlunun SƏS TV-yə müsahibəsi:
- İlk sualım ondan ibarətdir ki, Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq hansı yerdədir?
- Aldığım son məlumat görə, istintaq hələ də davam etməkdədir. Mən Elçibəy dünyasını dəyişəndən indiyə qədər dəfələrlə bu işi Əli Kərimlinin törətdiyini demişəm. Məhz, bu kimi faktlara əsasən də bu gün Əli Kərimliyə qarşı istintaq işi açılıb. İstintaqın uğurlu olacağına və həqiqətin öz yerini tapacağına inanıram. Əli Kərimli törətdiyi cinayət səbəbi ilə mütləq şəkildə həbs olunmalıdır. Əli Kərimli barəsində açılan istintaqın nəticəsi qeyri-şəffaf olarsa, mən özüm şəxsən Azərbaycan Respublika Prokurorluğuna şikayət ərizəsi verəcəm.
- "Milli Şura" ətrafında baş verən prosesləri necə qiymətləndirirsiniz?
- "Milli Şura" artıq öz funksiyasını itirib. Bu hamıya məlumdur. "Milli Şura"nın açınacaqlı vəziyyətə düşməsinə səbəb isə özünü ictimaiyətdə doğrultmamasıdır. " Milli Şura"nın keçirdiyi ilk mitinqdə Əli Kərimlinin adamları əllərində Rüstəm İbrahimbəyovun plakatını tutaraq, ona bizim xilaskarımız deyirdilər. Hamıya aydındır ki, tarixdə gerçək "Milli Şura"nı Məmmədəmin Rəsulzadə yaradıb. Sonra isə Elçibəy onun yolunu davam edib. Lakin indiki " Milli Şura" tamamı ilə anti-milli qurum kimi fəaliyyət göstərir və qondarma bir qurumdur. Hələ onların son mitinqinə baxdıqda vəziyyətin gülünc olduğunu görmək mümkündür. Mitinqdə barmaqla sayılıcaq qədər insan var idi. Bu da sözsüz ki, xalqın onlara nifrət etməsindən və etimad göstərməməsindən xəbər verir. Mən müxalifətə xitab edərək bildirmək istəyirəm ki, Azərbaycan müxalifətində nə qədər ki, Əli Kərimli var onlar heç bir zaman hakimiyyətə gələ bilməyəcəklər. Əli Kərimli nəyinki müxalifətin, həmçinin xalqın "qara yarası"dır.
- Əli Kərimli ilə İsa Qənbər insanlarda elə təəssürat yaratmq istəyirlər ki, onlar birləşiblər. Bəs bunu necə izah edərdiniz?
- Əli Kərimli ilə İsa Qənbər birləşməsi qəti şəkildə baş tutmayacaq. Əks təqdirdə Müsavat Partiyası da AXCP kimi dağılacaq. Əli Kərimli İran və Rusiya kəşfiyyatının agentidir. O, Azərbaycanın müstəqilliyinə xələl gətirməyə çalışır.
- Elmar müəllim, Rəsul Quliyev bəyan etdi ki, yeni partiya yaradır. Sizin bu məsələyə münasibətiniz necədir?
- Bu bir oyundur. Belə oyunlara fikir verməyə dəyməz. Bundan əvvəl də bu kimi ssenarilər qurulmuşdu və bu da onun davamıdır.
- Siz " Milli Şura"nın bundan sonrakı taleyi barədə nə deyə bilərsiniz?
- Artıq "Milli Şura" deyilən bir anlayış yoxdur. O, mənəvi cəhətdən iflasa uğrayıb. Müsavat Partiyasının "Milli Şura"dan gedəcəyi gözlənilir. İsa Qənbər Əli Kərimli ilə artıq birlikdə siyasi fəaliyyət göstərməyəcək.
Sona
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB