Tovuz rayonunun Koxanəbi kəndində atəşkəs pozulub

Tovuz rayonunun Koxanəbi kəndində atəşkəs pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Müfadiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə