Xarici işlər nazirinin nümayəndə heyəti İranda səfərdədir

Xarici işlər nazirinin nümayəndə heyəti İranda səfərdədir

İtaliyanın xarici işlər naziri xanım Emma Boninonun rəhbərlik etdiyi nümayəndə heyətinin İranda rəsmi görüşləri davam edir. SİA-nın məlumatına görə,İtaliya nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşüb.

Görüşlərdə İran-İtaliya münasibətlərinin perspektivləri, beynəlxalq və regional proseslər, qarşılıqlı maraq doğuram digər məsələlər barədə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə