Yeganə Hacıyeva: "Müsavat üzvlərinin reaksiyası məni məyus etdi"

Yeganə Hacıyeva: "Müsavat üzvlərinin reaksiyası məni məyus etdi"

Bugünlərdə Müsavat Partiyası sıralarından istefa verərək, bundan sonra müstəqil şəkildə fəaliyyət göstərəcəyini bəyan edən İsa Qəmbərin keçmiş müşaviri Yeganə Hacıyeva təşkilatda onun bu addımına etinasız yanaşıldığını bildirib. SİA-nın məlumatına görə, eks-müsavatçı partiya rəhbərliyinin onun istefa verəcəyi ilə bağlı xəbərləri var idi: "Müsavatdan gedəcəyim haqda 3 həftə əvvəl partiya yoldaşlarıma söyləmişdim... Müsavatın bəzi funksionerlərinin partiyadan gedişimə verdiyi reaksiyalar məyusedici idi. Onlar bilirdilər ki, partiyadan gedəcəm. Buna bir günün içində qərar verməmişdim ki?!".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə