Rüstəm İbrahimbəyovun "kommunistsiniz" ittihamına CAVAB

ALDP sədri: "Normal ideoloji dünyagörüşləri yoxdur"
Rüstəm İbrahimbəyovun "kommunistsiniz" ittihamına CAVAB

Rüstəm İbrahimbəyovun "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsi ona baha başa gəlib. SİA-nın məlumatına görə, İbrahimbəyov sonuncu müsahibəsində AXCP və Müsavatla bağlı fikirlərini açıqlayarkən deyib ki, bu partiyaların üzvlərinin çoxu keçmiş kommunist partiyasının üzvləridirlər və zaman-zaman kommunuzm idealogiyasına bəzrər çıxışlar edirlər.

Məhz bundan sonra həm AXCP, həm də Müsavat təmsilçiləri Rüstəm İbrahimbəyovun çıxışında heç bir məntiqin olmadığını deyərək, vaxtilə bir çoxlarının Kommunst Partiyasında təmsil olunduğunu xatırladıblar.

Lakin AXCP və Müsavat rəsmiləri ilə yanaşı, digər müxalifət partiya rəhbərləri də İbrahimbəyovun sözügdən fikirlərinə qarşı cavab veriblər.

"Bu gün kimin keçmişdə kompartiyanın üzvü olması məsələsini müzakirə etmək düzgün deyil. Çünkli əhalinin 99%-i həmin təşkilatla bağlı idi". Bu fikirləri isə məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

ALDP sədri Rüstəm İbrahimbəyovu məlum müsahibəsinə görə ittiham edən AXCP və Müsavat təmsilçilərini də qınamağı unutmayıb. Belə ki, hər iki partiya təmsilçilərini öz fikirlərini te-tez dəyişməkdə suçlayan Fuad Əliyev artıq bu ənənənin 20 ildir ki, davam etdiyini xatırladıb: "AXCP və Müsavat partiyaları həmişə fikirlərini dəyişirlər. Son 20 ildə bunun çox şahidi olmuşuq. Biz görürük ki, onlar müəyyən şeylərə qarşı fikirlərini necə tez dəyişirlər. Üç-dörd ay əvvəl onlar hər saniyə İbrahimbəyovun hərəkətlərini izləyirdilər. Onu tərif edirdilər. İndi isə fərqli şeyləri görürük. Onlar fikirlərini dəyişirlər. Normal ideoloji dünyagörüşləri yoxdur".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə