Braziliya Milli Konqresinin Aşağı Palatasının (deputatlar palatasının) Kommunikasiyalar və Nəqliyyat Komitəsi bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllinə dair səyləri artırmağa çağıran sənəd qəbul edib.
Sənəddə deyilir: "Biz ATƏT-in Minsk qrupuna, Ermənistana və Azərbaycana müraciət edərək, onları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822, 853, 874 və 884 nömrəli qətnamələrə müvafiq olaraq, habelə suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında sülh yolu ilə həllinə dair səyləri artırmağa çağırırıq".
Xatırladaq ki, sənəddə adı çəkilən BMT Təhlükəsizlik Şurasının qətnamələrində "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" barədə danışılır. Bu qətnamələri dəstəkləmək, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının dəstəklənməsi, nəticə etibarilə, Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir.
Sənəd Aşağı Palatanın adı çəkilən komitəsinin sədri Rodriqo Mayanın 11 dekabr tarixli təklifi əsasında qəbul edilib. Braziliya qanunlarına görə, qətnamə və sənədlərin parlament komitəsi səviyyəsində qəbul edilməsi yetərlidir və plenar iclasda səsvermə vacib deyildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB