Aydın Mirzəzadə: “Cənab İlham Əliyev hər bir insanı ayrı-ayrılıqda dinləməyi bacarır“
"Cənab Prezident İlham Əliyevin 10 illik uğurlu fəaliyyətini səciyyələndirən əsas amil Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçməsi və daim xalqa yaxın olmasıdır. Ölkə başçısının gördüyü bütün işlərin kökündə Azərbaycan xalqının mənafeyi, Azərbaycanın bugünkü və sabahkı durumunun möhkəmləndirilməsi dayanır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının Şərq və Qərb mentallitetinə yaxından bələd olması, bütün məsələlərə ciddi yanaşması ən düzgün qərarların verilməsinə gətirib çıxarır: "Cənab İlham Əliyev əsil təşkilatçıdır ki, xalqı ətrafına toplaya və hər bir insanı ayrı-ayrılıqda dinləməyi bacarır. Hər zaman mərhələli, məsuliyyətli və uzaqgörən siyasəti ölkə başçısının əsas iş prinsipinə çevrilib. Bütün bunlar ancaq Liderə xas olan xüsusiyyətlərdir".
Millət vəkili onu da vurğulayıb ki, belə bir Liderin dövlətə rəhbərlik etməsi bundan sonra da ölkəmizin daha da inkişaf etdirilməsinə və güclənməsinə gətirib çıxaracaq.
İNTİZARƏ MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB