Müsavat Partiyasında İSTEFA
Müsavat Partiyasının siyasi fəallarından olan, eyni zamanda, başqan İsa Qəmbərin müşaviri vəzifəsini icra edən Yeganə Hacıyeva bundan sonra partiya sıralarında qalmağının mümkünsüzlüyünü bəyan edib.

SİA-nın məlumatına görə, Müsavat funksioneri "facebook" sosial şəbəkəsində istefasının səbəblərini açıqlayaraq qeyd edib ki, Müsavat Partiyasından daha çox Azərbaycan cəmiyyətinin maraqları üstün və faydalıdır: "Dostlar, bir neçə həftədir hər şey barəsində ətraflı düşünmək imkanım oldu. Yaşadığımız siyasi hadisələri analiz etdim. Bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəyahət, qərara gəldim ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır.

Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, nəhayət onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edərək həyata keçirə bilmirəm. Və bu gündən müstəqil olduğumu bəyan edirəm".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня