Cəbhəçilər Milli Şuranın sədr aparatına seçilmədi

Cəbhəçilər Milli Şuranın sədr aparatına seçilmədi

Milli Şuranın sədr aparatının formalaşmasında AXCP iştirak etməyib. SİA-nın məlumatına görə, Milli Şuranın sədri Cəmil Həsənli aparata AXCP istisna olmaqla Müsavat Partiyasını və bu partiyaya yaxınlığı ilə seçilən şəxlərin təyin olunmasına qərar verib.

AXCP sədrinin müavini Razi Nurullayev isə məsələyə qısqanc yanaşdığını gizlətməyib. O, C.Həsənlinin bu seçimini müstəsna hüquq kimi qiymətləndirib: "Milli Şuranın sədr aparatını bir başa olaraq sədr, yəni Cəmil Həsənli özü təyin edir. Digər partiyalar adından danışa bilmərik...".

Qeyd edək ki, sədr aparatına Oqtay Gülalıyev (hüquq müdafiəçisi), Turqut Qəmbər, Ülvi Həsənli (hər ikisi "Nida" hərəkatı), Şahvələd Çobanoğlu (jurnalist), Yeganə Hacıyeva (Müsavat başqanının müşaviri) daxil olublar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə