Zəfər Quliyev: “Bu cür neobolşevizm yanaşmanı düzgun hesab etmirəm”

Zəfər Quliyev: “Bu cür neobolşevizm yanaşmanı düzgun hesab etmirəm”
Milli Şura üzvü, "El" hərəkatının sədr müavini Zəfər Quliyev Rüstəm İbrahimbəyovun son açıqlamalarına qarşı kəskin münasibət sərgiləyib.

SİA-nın məlumatına görə, İbrahimbəyovun Milli Şuradakı problemləri qabardanları hakimiyyətə işləməkdə günahlandırması "El" rəsmininin etirazına səbəb olub: "Çox qəribə və bolşeviksayagı məntiqdir. Heç gözləməzdim görkəmli ziyalımızdan. Onda istənilən partiya, təşkilat, lider, bu məntiqi rəhbər tutaraq, deyə bilər: kim bizə qarşıdırsa, hökümətə işləyir. Bu cür neobolşevizm yanaşmanı düzgun hesab etmirəm."

Xatırladaq ki, R.İbrahimbəyov son açıqlamalarının birində "Kim Milli Şuraya qarşıdırsa hökumətə işləyir" ifadəsini işlətmişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня