Əli İnsanov Rəsul Quliyevi YALANLADI

“Yazılanlar həqiqətə uyğun deyil”
Əli İnsanov Rəsul Quliyevi YALANLADI
Eks-spiker, ACP-nin keçmiş lideri Rəsul Quliyevin yaxın zamanlarda "Yeni nəfəs" adlı siyasi partiya yaradacağı barədə mətbuata sızdırdığı informasiyalar hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov tərəfindən yalanlanıb.

SİA-nın məlumatına görə, Ə.İnsanovun vəkili Toğrul Babayev qeyd edib ki, bu haqda mətbuatda gedən informasiyalar həqiqəti əks etdirmir: "Əli İnsanov deyib ki, hansısa yeni partiyanın yaradılmasında iştirakı barədə yazılanlar həqiqətə uyğun deyil".

Xatırladaq ki, Rəsul Quliyev Bakıdakı tərəfdarları vasitəsilə "Yeni nəfəs" adlı siyasi partiya yaradacağı xəbərini yayıb.

Məlumatlarda bildirilib ki, partiyanın yaradılmasında keçmiş deputat Hüseyn Abdullayev və Ə.İnsanov da iştirak edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня