Səfir: "ABŞ Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında maraqlıdır"
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ukraynada baş verən hadisələrin regiona təsiri məsələsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə nə isə demək çətindir. Riçard Morninqstar məsələ ətrafında Azərbaycanla bağlı fikir səsləndirmək istədiyini deyib: "ABŞ Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunub saxlanılmasını həmişə təmin etməyə çalışıb. Məqsəd odur ki, Azərbaycan nə edəcəyi, hansı istiqamətdə irəliləyəcəyi ilə bağlı təsir və təzyiq olmadan müstəqil şəkildə qərarlar verə bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB