Riçard Morninqstar: "Dağlıq Qarabağla bağlı proqnoz vermək çətindir"
"Bütün əlamətlər və göstəricilər bizə deməyə əsas verir ki, bu il noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilmiş görüş çox yaxşı və konstruktiv görüş olub". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar belə deyib.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik səylərini davam etdirəcək: "Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı yolu hər iki ölkənin prezidentlərinin danışıqları davam etdirməsi və bu münaqişənin birdəfəlik həlli ilə bağlı konkret təkliflər və yanaşmalarla bağlı müzakirə və danışıqları davam etdirilməsindən ibarətdir".
Səfir bildirib ki, ABŞ tərəflərə mümkün köməyin göstərilməsi ilə bağlı səylərini və fəaliyyətini davam etdirəcək: "Dağlıq Qarabağla bağlı proqnoz vermək çətindir. Lakin iki ölkə prezidentinin bir-biri ilə açıq dialoq aparması, danışıqlara gəlməsi müsbət məqamdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB