İlham Əliyev Qətər Əmirini təbrik edib

İlham Əliyev Qətər Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə