"3 ildən sonra Türkiyə və Avrova İttifaqı (Aİ) arasında viza rejmi tam olaraq qaldırılacaq". Bu haqda SİA-ya millət vəkili Asim Mollazadə Türkiyə və Aİ arasında sadələşdirilmiş viza rejmi haqqında imzalanan müqaviləyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə çoxdan Aİ-yə üzv olmalı idi: "Əslində, Avropa İttifaqının Türkiyəyə qarşı münasibətini ədalətsiz siyasət kimi qiymətləndirirəm. Hesab edirəm ki, Türkiyənin həm iqtisadi, həm siyasi tərəfdən Avropa İttifaqına üzv olmağa tam haqqı var. 50 ildən artıq Türkiyəni Aİ-yə qəbul etməmək Türkiyəyə qarşı haqsızlıqdır. Bu gün isə viza rejminin sadələşdirilməsinə dair imzalanan razılaşmanı çox müsbət qiymətləndirirəm. Çünki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir və Türkiyənin hər bir uğuru Azərbaycanın uğurudur".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB