Qazeta.Ru: “Avropa İttifaqı İrana qarşı tətbiq edilən sanksiyaları qaldırmağa hazırlaşır”

Qazeta.Ru: “Avropa İttifaqı İrana qarşı tətbiq edilən sanksiyaları qaldırmağa hazırlaşır”

Avropa ittifaqı İrana qarşı sanksiyaların qaldırılmasına dair MAQATE-nin apardığı yoxlamalardan sonra Cenevrə razılaşmalarını yerinə yetirməyə hazır olduğunu bildirib. Bel' bir fikir Avropa İttifaqı Şurasının xarici işlər üzrə Brüsseldə keçirilən nazirləri iclasında deyilib. Bu haqda SİA "Qazeta.ru" saytına istinadən xəbər verir.

Şura lazımi tədbirlər görməyə və Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi tövsiyələri əsasında tətbiq etdiyi sanksiyaları birgə fəaliyyət planına uyğun MAQATE-nin İranın nüvə proqramı ilə bağlı yoxlamaların yerinə yetirilməsini təmin edəcək. Bundan əlavə Avropa İttifaqı noyabr ayında "5+1 və İran arasında" bağlanan sazişin vacibliyini bir daha qeyd edib.

Xatırladaq ki, İran nüvə proqramı üzrə tətbiq edilən istənilən sanksiyalara rəğmən danışıqları davam etdirməyi vəd etmişdi.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə