“Mitinqi idarə edən Şahvələdin özünü idarə edən lazımdır” Münasibət
"Görəsən, Azərbaycan müxalifətinin lidercikləri camaatsız, kütləsiz, elektoratsız meydanda çıxış eləməkdən nə zamansa bezəcək? Bu insanlar nə hala gəldiklərini, nə günə qaldıqlarını kənardan bir dəfə də olsun sezəcəkmi? Hesab edirəm ki, hazırki siyasi situasiyanın radikal müxalifətlə bağlı doğurduğu ən aktual sual məhz budur. Özünə lider deyən kəs ucu- bucağı görünməyən, bilinməyən rəzilliklə, fiasko ilə nə qədər dirəşər? Ay balam, Azərbaycan xalqı sizi istəmir də! Birmənalı, sorğusuz, müzakirəsiz-filansız istəmir! Artıq bunu anlayın. Ümumxalq mitinqi dediyiniz aksiyada ortaya çıxardığınız 300 nəfərlik heyətə, resursa baxıb anlayın". SİA-nın məlumatına görə, bunu politoloq Elşən Musayev "Milli Şura"nın dünən keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
"Diqqət edin, fotoreportyorlar çalışıblar ki, fərqli, sanballı kadr tutsunlar, lakin onların istəyi baş tutmayıb. Sağ, sol, orta, arxa, əlqərəz bütün ətraf seyrəkdir. Meydanda yalnız öz tanışları, qonşuları, işçiləri, qohum-əqrəbaları var-gəl edir, o da mənasız şüarlarla. Hətta görün vəziyyət nə yerdədir, adamsızlıq ucbatından Şahvələdi qabağa veriblər ki, mitinqi idarə etsin. Halbuki, bu adamın özünü idarə edən lazımdır. Çünki, o, xarab robot kimi bir şeydir. Beyni ilə ağzı arasındakı rabitə qar vaxtı şəhərlə "Yeni Yasamal" arasındakı rabitəni xatırladır. Hələ İsa Qəmbərin həmin bashabasda biabırçı Ukrayna səfərini demirəm. Bu təxminən ona bənzəyir ki, öz evində toydur, amma sən dirəşirsən ki, qonşunun toyuna getməsəm ayıb olar. Yaxud da buradakı prosesləri abıra salıb qurtardılar, qaldı Ukrayna..." - deyə, politoloq fikirlərinə əlavə edib.
İsa Qəmbərin "Maydan"da rus dilində söylədiyi nitqə toxunan E. Musayev qeyd edib ki, O, həmin çıxışında rus dilini pis günə salıb: "İsa Qəmbər rus dilinin anasını və atasını nə formada ağlar günə qoyubsa, deyilənə görə ukraynalılar hələ də həmin mətnin adam dilinə tərcüməsi ilə "uğraşırlar". O, Azərbaycanca danışsaydı, düşünürəm min dəfə daha abırlı və daha karlı olardı. Yəni, "Məhsul"dakı biabırçlığın davamı bir də "Maydan"da gəlməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB