Partiya sədri: “Müxalifət başqanları öz tərəfdarları tərəfindən etirazlara məruz qalıblar" AÇIQLAMA
"Milli Şura ölkəmizdə keçirilən prezident seçkilərində çox böyük məğlubiyyətə uğradı. Özü də birləşmiş şəkildə. Onlar çox deyirdilər ki, əgər biz birləşsək, çox uğurlar əldə edə bilərik. Lakin birləşmək də onların xeyrinə gəlmədi". Bu sözləri SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli ötən gün Milli Şuranın keçirdiyi mitinqin nəticələri ilə bağlı danışarkən deyib. O bildirib ki, "müxalifət başqanlar"ı öz tərəfdarları tərəfindən etirazlara məruz qalıblar.
Onun sözlərinə görə, artıq müxalifət tərəfdarları öz "lider"lərindən məğlubiyyət və uğursuzluqlarının hesabatını istəyirlər: "Belə ki, onlar uzun illərdir ki, partiyada gün keçirən, heç bir uğura nail ola bilməyən "lider"lərindən uğursuzluqlarının səbəblərini etiraf etməsini və çıxış yollarını göstərməsini istəyirlər. Ona görə də, müxalifət suallardan qaçmaq üçün bu cür addımlara baş vurur. Lakin onlar başa düşmürlər ki, bu cür aksiyalar bir daha onların uğursuzluğunu, məğlubiyyətini göstərir. Götürün elə ötənvgünkü aksiyanı. Aksiya pis gündə idi. O nə aksiya idi? Kim gəlmişdi ki, ora? Ötən günkü aksiya müxalifətin olmayan siyasi gücünü, onların cəmiyyətdəki yerini açıq şəkildə bir daha göstərdi".
Müxalifətin cəmiyyət tərəfindən dəstəklənmədiyini deyən M.Səfərli vurğulayıb ki, buna sübut ölkədə keçirilən prezident seçkiləridir: "Lakin buna baxmayaraq, Milli Şura bundan sonra da bu cür məsələlər axtarıb tapacaq ki, diqqəti özündən yayındırsın və onlara ünvanlanan suallardan qaçsın.
Məsələn İsa Qənbər Ukraynaya gedib. Nə işi var onun Ukraynada? Burda deyirlər ki, özünə umac ova bilmir, başqasına əriştə kəsir. Artıq onlar bilmirlər ki, nə iş görsünlər, neynəsinlər. Onlar çox yaxşı bilir ki, Azərbaycanın problemlərini dillərinə gətirmələri mənasızdır. Çünki o problemləri ölkə başçısı uğurla həll edir. Ona görə də, Milli Şura bu kimi aksiyalarla başını qatmağa, şou yaratmağa, gündəmdə qalmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB