Gənclər Milli Şuranın keçirəcəyi mitinqi pisləyir

Gənclər Milli Şuranın keçirəcəyi mitinqi pisləyir

Azərbaycan gəncliyi radikal müxalifətin keçirmək niyyətində olduğu mitinqi pisləyir.

Həsən Hüseynzadə,

Tələbə gənc:

Milli Şurada toplaşanlar dünyagörüşü normadan həddindən artıq aşağı olan və məsələlərə münasibət bildirmək üçün düşüncə qabiliyyəti cəhətdən kasıb olanlardırlar. Bunlar mövcud sabitliyi pozmağa çalışırlar. Milli Şura dövlətə, xalqa, millətə düşmənçilik edir. Biz sağlam düşüncəli gənclər olaraq bu kimi mənfi halların qarşısının alınmasında hər zaman dayanmadan çalışırıq. Günün gündən çiçəklənən, bütün sahələrdə inkişafın ən yüksək tempinə nail olan dövlətimizin ətrafında sıx birləşəcəyik!

Rahu Qurbanova,

BDU-nun müəlliməsi:

-Mən bir gənc kimi bu mitinqin əleyhinəyəm. Milli Şura üzvləri, rəhbərliyi nə etdiyini bilmir. Onlar özlərini reklam edirlər. Gündəmdə qalmaq üçün bir çox mənfi işlərə əl atırlar. Bu isə çox pis haldır. Xalqımızın hər bir nümayəndəsi kimi, məndə bu mitinqin əleyhinəyəm və düşünürəm ki, bu aksiyanın keçirilməsi kökündən səhv addımdır, qərardır.

Murad Cənnətov,

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi:

-Qəti şəkildə Milli Şuranın bu gün keçirəcəyi mitinqi pisləyirəm. Bildirim ki, xalqımız, vətəndaşlar heç nədən narazı deyillər. Belə olan halda bu mitinqədə ehtiyac yoxdur. Biz rahat, sakit bir şəraitdə yaşayırıq. Milli Şuranın bu cür aksiyaları öz şəxsi maraqlarına xidmət edir. Mən əminliklə deyə bilərəm ki, bu mitinqə heç kəs getməyəcək. Onlar şou göstərirlər. Bu şouya isə ehtiyac yoxdur.

İsrafil Vəliyev,

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi:

-Mən bir gənc olaraq deyə bilərəm ki, bu mitinqə heç bir ehtiyac görmürəm. Ölkəmizdə hər şey öz qaydasında, öz axarında davam edir. Milli Şuranın mitinq keçirməsi və insanları ora dəvət etməsi lazımsızdır. Buna heç bir zəruriyyət yoxdur. Əlbəttə yenə də qeyd edim ki, bu mitinqə münasibətim çox pisdir. Zatən xalqın bütün təbəqələri kimi gənclərdə ora getməyəcək və bu mitinqdə iştirak etməyəcəklər.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə