Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistan səfəri rəsmi İrəvanda xoş qarşılanmaması həm küçələrdəki etiraz aksiyalarından, həm də erməni mətbuatında yer alan fikirlərdən də göründü. Əslində, Əhməd Davudoğlunun Ermənistana səfəri bir tərəfdən münasibətlərin normallaşdırılması və münaqişənin həlli prinsipləri daşıyırdısa, digər tərəfdən erməni xislətinin ifşa etmiş oldu. Məlum oldu ki, Ermənistan yeniləşmiş "Madrid prinsipləri"ni də qəbul etmək niyyətində deyil. Əslində Ermənistanın apardığı oyun təməldən səhv bir oyundur. Bu məqam BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk Qrupunun nəzərindən qaçmamalıdır. Serj Sarkisyan status-kvonu nəyin bahasına olursa-olsun saxlamaq niyyətindədir. Bu, hətta rəsmi İrəvanın tənəzzülü ilə nəticələnsə belə, Ermənistanın bu addımını əvvəlcədən proqnozlşdırmaq mümkün idi. Çünki, Ermənistan heç bir siyasi xəttə malik deyil. Rəsmi İrəvan parlamentə, konstitusiyaya prezidentə və bayrağa malik olsa belə, əslində bu gedişlə bir daha vassal olmasını, erməni hakimiyyətinin heç bir qərarı özü tərəfindən vermədiyini, sadəcə əmrə tabe olduğunu nümayiş etdirmiş oldu. Bunu erməni rəsmiləri çox yaxşı fərqində olduqlarından "Davudoğlunun biabırçı səfəri" başlığı altında əslində öz biçarə və asılacağı olan vassal olduqlarını elan etmiş oldular.
Digər tərəfdən, Ermənistan bu cür qeyri-etik davranmaqla əslində həm Əhməd Davudoğluya, həm də Azərbaycana bir mesaj vermiş oldu. Belə ki, hər hansı bir təkliflə, xüsusən də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mühüm məsələləri Ermənistanın formal prezidenti Sarkisyana deyil, məhz Ermənistanın əsl sahibi olan rəsmi Moskvaya müraciət etmək lazımdır. Əks halda, Ermənistan prezidenti Davudoğlunun qarşısına çıxmağa cəsarət tapardı. Lakin bunu nə biz, nə də dünya ictimaiyyəti müşahidə etmədi.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB