Prezident İlham Əliyev İsveçrə prezidentini təbrik edib

Prezident İlham Əliyev İsveçrə prezidentini təbrik edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Didye Burkhalterə təbrik məktubu göndərib: "Hörmətli cənab Burkhalter, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə