Bəxtiyar Sadıqov: “Müxalifət yalnız qəzet səhifələrində mövcuddur”
"Azərbaycanda müxalifət "Milli Şura" yaranandan sonra bütün varlıqları ilə daxildəki ziddiyyətlərini həll etməyə çalışırlar. Ancaq bu ziddiyyətlərin kökü o qədər dərindədir ki, onu heç vaxt həll edə bilməzlər". Bu fikirləri SİA-ya millət vəkili Bəxtiyar Sadıqov "Milli Şura" daxilində gedən ziddiyyətləri şərh edərkən deyib.
B.Sadıqovun sözlərinə görə, müxalifətin əsas çatışmayan cəhəti ölkədə sosial dayaqlarını itirməsidir: "Bu dayaqlar olmadığına görə, müxalifət yalnız qəzet səhifələrində mövcuddur. Onlar yalnız müxtəlif qurumlar yaradır, dağıdır və bu forma ilə varlıqlarını göstərməyə çalışırlar. Bu isə uzun çəkməyən addımdır. Yaxın günlərdə müxalifət guya mitinq keçirməyə çalışır. Maraqlıdır onlar həmin mitinqdə nə deyəcəklər? Azərbaycan o qədər uğurlu, uzaqgörən xarici siyasət yürüdür ki, bu kimi məsələlər Azərbaycan üçün aktual deyil və heç bir zaman da aktual olmayacaq".
Millət vəkili vurğulayıb ki, Azərbaycan yalnız öz dövləti maraqlarına xidmət edən bir ölkədir: "Azərbaycan Prezidenti İlham Əliyev bütün məsələlərin həllində ilk növbədə xalqının və dövlətinin maraqlarını üstün tutur. Ona görə də hər hansı bir siyasətlə xalqın razılaşmaması mümkün deyil. Çünki Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasi kursunu seçib, ona dəstək verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB