Asim Mollazadə: “Təhlükə mənbəyi olan ölkələrdə bunu xüsusilə tətbiq etmək lazımdır”
"Əslində, Pan Gi Munun dediyi sadəcə bir arzudur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə BMT baş katibinin kimyəvi silahdan istifadə faktlarını beynəlxalq qanun pozuntusu kimi dəyərləndirilməsinə münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, Pan Gi Mununun kimyəvi silahlara qarşı məruzə ilə çıxış etməsi gerçəkləşərsə, beynəlxalq ictmaiyyət bunu tətbiq etməlidir: "Bu çox gözəl olardı. Lakin belə bir tətbiq yoxdur. Xüsusilə, təhlükə mənbəyi olan ölkələrdə bunu reallaşdırmaq lazımdır".
Qeyd edək ki, Suriyada kimyəvi silahdan istifadə faktları ilə bağlı araşdırma aparan BMT-nin ekspert qrupunun yekun məruzəsini BMT-nin baş katibi Pan Gi Mun kimyəvi silahdan istifadə faktlarını beynəlxalq qanun pozuntusu kimi dəyərləndirib və bu cür zorakılıqları bəşəriyyətə qarşı təhqir kimi qiymətləndirib. O, bəyan edib ki, BMT nəinki Suriyada, bütün dünyada bu cür silahların tam məhv edilməsinə çalışmalıdır.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB