Eynulla Fətullayev: “Virtual məkanda etirazlar olsa da reallıqda keçirilən aksiyalara qatılan olmadı”
"Ramin Hacılının və digərlərinin təşəbbüsü ilə keçirilən aksiyalar göstərdi ki, Azərbaycan cəmiyyətində qiymət artımına heç bir etiraz yoxdur. Çünki xalqla iqtidar arasında tam vəhdət var". Bu fikirləri SİA-ya açıqlamasında jurnalist Eynulla Fətullayev bildirib.
Onun sözlərinə görə, hökümət bütün siyasi qərarların qəbulundan öncə hər bir məsələni düzgün təhlil edir: " Hökumət qiymət artımında da əhalinin münasibətini, orta aylıq əmək haqqını nəzərə alaraq qərar qəbul edib. Bununla bağlı Ramin Hacılı tərəfindən sosial şəbəkələrdə gənclər, hətta etiraz edən insanlar arasında geniş təbliğat aparılırdı. Virtual məkanda "etirazlar" olsa da reallıqda onun keçirtdiyi aksiyaya qatılan olmadı. "Etirazçılar" arasında Ramin Hacılının dostlarından başqa heç kim yox idi".
Bununla belə ənənəvi müxalifətçilərin ikinci aksiyaya cəhd etdiklərini, lakin bunun da heç bir nəticə vermədiyini deyən Eynulla Fətullayev qeyd etdi ki, orada da polislərdən başqa bir nəfər də görə bilməzdin. Çünki problem bu insanların özündədi: "Hakimiyyətdən fərqli olaraq bu insanlar cəmiyyətin əhval-ruhiyyəsini duya bilmirlər, sosioloji təbliğatlar aparmırlar. İctimai rəyi bilməyərək siyasi qərar verirlər ki, bu da son nəticə etibarı ilə özlərini biabır edir".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB