Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Yerevana səfərinə qarşı Ermənistanda etiraz aksiyasıları vüsət alıb. Hərçənd son zamanlar nəzərə alsaq ki, Ermənitanda tez-tez bu kimi etiraz aksiyaları keçilir bu aksiya heç də təəcüblü deyil. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir.
"Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması sahəsində cəhdləri və ya şərtləri diktə etməsi qəbuledilməzdir və mənasızdır". Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Qara Dəniz iqtisadi əməkdaşlıq (QİƏT) təşkilatının Xarici İşlər Nazirləri Şurasının Yerevanda növbəti iclasının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nalbandyanın sözlərinə görə, bu məsələdə Ermənistan tərəfinin mövqeyi qətidir.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB