ADA-da Ümummilli Lider Heydər Əliyevi anma mərasimi keçirilib

ADA-da Ümummilli Lider Heydər Əliyevi anma mərasimi keçirilib

Bu gün ADA-da Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin xatirəsi yad edilib. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin vəfatından 10 il keçdiyi bir gündə ADA-nın rektoru, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini, səfir Hafiz Paşayev Akademiyada təhsil alan tələbələrlə görüşüb və bu dahi şəxsiyyətlə bağlı şəxsi xatirələrini bölüşüb. Ümummilli Lider Heydər Əliyevin ABŞ-a səfərləri və ABŞ prezidentləri ilə keçirdiyi görüşlərdən danışan səfir H. Paşayev onun dövlət və xalq quruculuğunda əvəzedilməz rolunu vurğulayıb.

Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yürütdüyü xarici siyasət Azərbaycan xalqının inkişafına və işıqlı gələcəyə ümidlə baxmasına təkan olub.

Bütün xəbərlər Facebook səhifəmizdə