Müsavat Partiyasının Məclis və Divan üzvü Vurğun Əyyub Milli Şuranın son sessiyasında Müsavat Partiyası və AXCP arasında yaranmış növbəti ziddiyyətli vəziyyət barədə xəbərsiz olduğunu deyib.
SİA-nın məlumatına görə, Müsavat yetkilisi Milli Şura ətrafında baş verən proseslərlə maraqlanmadığını deyib: "Bu gərginliyin nə dərəcədə olduğunu da deyə bilmərəm. Milli Şuranın dağılıb-dağılmayacağı haqqında da bir söz deyə bilmərəm. Amma nədənsə son sessiya zamanı mənə çox qəribə gələn məqamlar oldu. Məsələn, Milli Şuranın sonuncu sessiyasında sədrlik, həmsədrlik və fəxri sədrlik istiqamətində aparılan müzakirələr mənə qəribə gəlirdi".
"Fəxri sədr" məsələsində də anlamadığı məqamların olduğunu deyən V.Əyyub qeyd edib ki, o bu titulun hansı məna daşıdığını bilmir: "Bilmək istəyirəm ki, Milli Şuranın fəxri sədri nə deməkdir, onun səlahiyyəti və vəzifəsi, habelə burada məqsəd nədən ibarətdir".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB